Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimində iştirak ediblər. Tədbir 80-ə yaxın dövlət rəsmisi, eləcə də BMT, vətəndaş cəmiyyəti, gənclər təşkilatları və KİV təmsilçilərini bir araya gətirib. İkitərəfli rəngli stendlər hər məqsədi asan dildə izah etməklə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir.
27 photos · 90 views